Dövlət Agentliyində “Kristal Bakı” barədə araşdırmalara başlanıldı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində çoxsaylı vətəndaş müraciətləri əsasında “Kristal Bakı” ASC barədə araşdırmalara başlanılıb.
Bu barədə İqtisadiyyat.az Dövlət Agentliyindən məlumat əldə edib.
Məlumata görə, müraciət inşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamların və həmin reklamlara uyğun təmir işlərinin aparılması (xidmətlərin göstərilməsi) ilə əlaqədar rəqabat qanunvericiliyinin pozulması hallarinın araşdırılması ilə bağlıdır.
Hazırda vətəndaşların müraciəti əsasında başlanılan araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsinə uyğun olaraq yekun qərar veriləcək.
Qeyd edək ki, Azərbaycanda binalar inşa edən “Kristal Bakı” ASC “Kristal Abşeron” MTK-ya yaxın şirkətdir.

