Dördüncü İnkubasiya proqramına qeydiyyat başlayıb

Dördüncü İnkubasiya proqramına qeydiyyat başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), “Azericard” və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ABB İnnovasiya Mərkəzində 4-cü İnkubasiya proqramına qeydiyyata start verilib.

On iki həftəlik İnkubasiya proqramı müddətində seçilmiş startaplar, beynəlxalq təcrübəli mentor dəstəyi; sahə ekspertləri ilə əməkdaşlıq; investorlara çıxış imkanı; ödənişsiz ofis dəstəyi və ABB İnnovasiya Mərkəzinin təqdim etdiyi digər imkanlardan yararlanmaq fürsəti qazanacaqlar.

Həmçinin startaplar ABB kimi nüfuzlu və dayanıqlı maliyyə institutu ilə əməkdaşlıq etmək imkanı əldə edəcəklər.

Son müraciət tarixi avqustun 21-dək olacaq. Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edin: https://abbinnovation.az/az/incubation