Dilarə Zamanova təltif edilib
17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tədbirdə çıxış edərək peşə bayramı münasibətilə Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını təbrik edib, Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqətin bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının kollektivinə ünvanlanan videotəbriklər nümayiş olunub, daha sonra xidmətdə fərqlənən bir qrup əməkdaşa təltiflər təqdim olunub.
Təltif edilənlər arasında Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova da var.
Qeyd edək ki, Dilarə Zamanov uzun müddətdir ki, Mərkəzi Gömrük Hospitalının PR şöbəsində çalışır.
Media ilə sıx əməkdaşlıq edən mətbuat katiblərindən sayılır.


