DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcək

DGK iki buraxılış məntəqəsinin təmirinə

Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi işləri həyata keçirəcək.

Oxu.Az-ın məlumatına görə, qurum bununla bağlı tender elan edib.

Həmçinin layihə çərçivəsində Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində piyada və sərnişin keçidinin tikintisi işlərinin də görülməsi nəzərdə tutulur.

Qurum Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsindəki işlər üçün 7 milyon 765 min 502, Astara dövlət sərhədindən buraxılış məntəqəsindəki işlər üçün isə 9 milyon 207 min 306 manat ödəməyi planlaşdırır.