"Danone"nin gəliri azaldı

"Danone"nin gəliri azaldı

Fransanın qida və içki istehsalçısı "Danone" şirkətinin gəlirləri bu ilin birinci rübündə 2% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Yanvar-mart aylarında "Danone" şirkətinin gəliri 6,84 milyard avrodan  6,71 milyard avroya enib.

Fiziki ifadədə satış həcmi 1,5%, qiymətlər isə 1,2% artıb.

"Danone", bu il satışların 3-5% artacağını proqnozlaşdırır. 

Əlavə edək ki, bu ilin əvvəlindən bəri şirkətin kapitallaşması 12% azalıb.