Cəlal Qasımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
“PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Balacanov və Əli Kərimli ilə Mentorluq Proqramının ilk görüşünü keçirib.
Görüş zamanı qaliblərin peşəkar inkişaf istiqamətləri, karyera hədəfləri və Mentorluq Proqramı çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə olunub.
Cəlal Qasımov qaliblərlə idarəetmə təcrübəsi və strateji düşüncənin önəmi barədə fikirlərini bölüşüb, onlara gələcək inkişaf yolları ilə bağlı tövsiyələr verib. Görüş fərdi inkişaf planlarının müəyyənləşdirilməsi və mentorluq prosesinin əsas istiqamətləri üzrə fikir mübadiləsi ilə davam edib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


