"Carlsberg Azerbaijan" cərimələnə bilər - MƏHKƏMƏ İŞİ
"Carlsberg Azerbaijan" MMC-yə cərimə protokolu yazılıb.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması) ilə inzibati protokol tərtib olunub.
Protokol Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Carlsberg Azerbaijan" min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
BusinessTime

