Bu mənim ölkəm qarşısında borcumdur - Sevda Quliyeva
“Talent Staff and Business Solutions” şirkəti ilə IT Brains Academy arasənda əməkdaşlıq memarandomu imzalanıb.
Bu barədə “Talent Staff and Business Solutions” şirkətinin rəhbəri Sevda Quliyeva məlumat verib.
"Ölkəmizdə Ali təhsil ocaqları ilə paralel, həmçinin çox güclü Akademiyalar var ki, həqiqətən əmək bazarına peşəkar kadrlar hazırlayırlar, lakin onları karyeralarında düzgün istiqamətləndirmək isə Vətənpərvər şəxs olaraq mənim ölkəm qarşısında borcumdur. Talantlı və Strateji namizədlərin İşə qəbulu ilə məşğul şəxs və rəhbəri olduğum Talent Staff and Business Solutions Şirkəti olaraq məhz belə kadrları şirkətlərə yönləndiririk. Buna görə də ilk məqsədim ölkədə az sayda olan kadrları tapmaq üçün Ali təhsil və Akademiyalar ilə əməkdaşlıq etməkdir. Növbəti əməkdaşlıq edəcəyim təhsil mərkəzi isə IT Brains Academy Orxan Məmmədov oldu. Əməkdaşlığımızın uğurlu olmasını diləyirəm", deyə Sevda Quliyeva deyə qeyd edib.

