Bu il Azərbaycan hotellərinin gəlirləri 43% artıb

Bu il Azərbaycan hotellərinin gəlirləri 43% artıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə  müqayisədə 42,8 % artaraq 85,2 milyon manat olub.

BusinessTime bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, onun da 55,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 %-i ictimai iaşə xidmətlərindən, 6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,6 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.