"BTB Kapital İnvestisiya Şirkəti"nə yeni direktor təyin edilib

"BTB Kapital İnvestisiya Şirkəti"nə yeni direktor təyin edilib

"BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin 100% səhmdarı, həm də direktoru Ruslan Cəfərov maliyyə qurumunun rəhbərliyindən gedib.

BusinessTime xəbər verir ki, o, direktor vəzifəsini indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.

Xatırladaq ki, "BTB Kapital"ı 2018-ci ildə "Bank BTB" ASC yaradıb, ötən ay R.Cəfərova satıb. Onun nizamnamə kapitalı 350 min manatdır.

@Report.Az