Bəzi xarici jurnalistlərin adları “qara siyahı”dan çıxarılıb
Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici jurnalistlərin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanat iyulun 19-da XİN, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat konfransında qəbul edilib.
Bəyanatın mətnini XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səsləndirib. Bəyanatla 58 nəfərin adı XİN-in “qara siyahı”sından çıxarılır.

