Bank kartlarından 20 min manat oğurluq edilib
Dekabrın 10-da və 19-da paytaxt sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20 min manat məbləğində pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

