Bakı Fond Birjasında repo hərracı keçiriləcək
Martın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının tərəf qismində çıxış etdiyi repo hərracı keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracın məbləği 120 milyon manat, repo müddəti 7 gün, repo predmetinin sayı 120 milyon ədəd, repo açılış qiyməti 1 manat, faiz dəhlizi 6,76 faiz-8,49 faizdir.
Hərracın baş tutması üçün ən azı 5 bankın iştirakı tələb olunur.

