"Bakcell"in Azərbaycan bazarında payı 30 faizdir

"Bakcell"in Azərbaycan bazarında payı 30 faizdir

"Bakcell" şirkətinin Azərbaycan bazarındakı payı 30 faiz təşkil edir.

Bu barədə "Bakcell" şirkətinin icraçı direktoru Klaus Mueller Bakıda keçirilən "InMerge Innovation Summit" çərçivəsində keçirilən "Maneələri aşmaq: Telekom çağırışçıları rəqabəti necə gücləndirir və innovasiyaya təkan verir" adlı paneldə deyib.

O bildirib ki, hazırda "Bakcell"in 3 milyona yaxın abunəçisi var. "Bakcell" şirkəti müxtəlif layihələr həyata keçirir və abunəçilər üçün maraqlı kampaniyalar təşkil edir. Şirkət mütəmadi olaraq bu istiqamətdə layihələr reallaşdırmağı planlaşdırır.