“AzInTelecom”a baş direktor təyin edilib
Elxan Əzizov “AzInTelecom” MMC-nin baş direktoru təyin edilib.
E.Əzizov bu vaxta qədər qurumda baş direktor vəzifəsinin müvəqqəti icraedicisi olub.
Xatırladaq ki, ötən ilin oktyabr ayında “AzInTelecom”un idarəetmə strukturunda dəyişiklik edilib. Bununla qurum kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçib. Yeni struktura əsasən qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilib. Nəticədə İdarə Heyətinin sədri vəzifəsi baş direktor vəzifəsi ilə əvəzlənib. (Valyuta.az)


