“Azərkosmos” “Türksat” ilə yeni müqavilə imzalayıb

“Azərkosmos” “Türksat” ilə yeni müqavilə imzalayıb

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin peyk rabitə operatoru “Türksat” ilə yeni müqavilə imzalayıb.

Bu barədə “Azərkosmos” məlumat yayıb.

Müqaviləyə əsasən, “Türksat” peyk operatoru “Azerspace-2” telekommunikasiya peykinin tutumundan Afrika bölgəsində data layihələrində istifadə edəcək.