"Azərişıq" 5,54 milyon manatlıq tender elan edib
"Azərişıq" ASC orta gərginlikli alüminium və alçaq gərginlikli mis kabellərin satın alınması ilə bağlı tender elan edib.
Satınalma üzrə müsabiqənin ehtimal olunan dəyəri 5 538 585,94 manat təşkil edir.
Tenderdə iştirak üçün təkliflərin qəbulu 21 avqust tarixinədək davam edəcək. (Valyuta.az)


