“AzerGold”un ixracı 79 milyon dolları keçib
2026-cı ilin yanvar-aprel aylarında “AzerGold” QSC dövlətə məxsus əsas qeyri-neft ixracatçıları arasında ikinci yerdə qərarlaşıb.
BusinessTime xəbər verir ki, şirkətin ixrac həcmi cari ilin ilk 4 ayında 79,1 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövründə “AzerGold”un ixracı 68,4 milyon ABŞ dolları idi. Beləliklə, şirkətin ixracı 10,7 milyon dollar və ya 15,6% artıb.
Artım “AzerGold”un qeyri-neft ixracında mühüm dövlət şirkətlərindən biri kimi mövqeyini daha da gücləndirdiyini göstərir.


