Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB

Azərbaycanın xurma ixracında zəifləmə

2026-cı ilin yanvar-may aylarında xurma ixracı 32 milyon 99,2 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 32 milyon 946,2 min dollar idi.

BusinessTime bildirir ki, bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

Dəyər ifadəsində azalma 847,1 min dollar və ya 2,6% olub.

Miqdar ifadəsində ixrac 45 min 835,2 tondan 40 min 527,5 tona düşüb. Azalma 5 min 307,7 ton və ya 11,6% təşkil edib.

Xurma ixracında həcm ciddi azalsa da, dəyər cəmi 2,6% düşüb. Bu, orta ixrac qiymətində artım olduğunu göstərir. Qiymət faktoru həcmin azalmasının mənfi təsirini qismən kompensasiya edib.