Azərbaycanın nar ixracından gəliri azalıb

Azərbaycanın nar ixracından gəliri azalıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycandan nar ixracının dəyəri 3 milyon 999,1 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 4 milyon 298,7 min dollar idi.Dəyər ifadəsində azalma 299,6 min dollar və ya 7% olub.

Bu barədə BusinessTime Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

Miqdar ifadəsində ixrac 5 min 27,3 tondan 4 min 575 tona düşüb. Azalma 452,3 ton və ya 9% təşkil edib.

Nar ixracında həm miqdar, həm də dəyər azalması qeydə alınıb. Dəyər azalmasının miqdar azalmasından bir qədər aşağı olması qiymət faktorunun mənfi təsiri qismən yumşaltdığını göstərir.