Azərbaycanın alma ixracından gəliri 29% artıb

Azərbaycanın alma ixracından gəliri 29% artıb

Azərbaycandan bu ilin yanvar-mart aylarında 24,8 milyon ABŞ dolları məbləğində 31,4 min ton alma ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 28,7% çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 19,3 milyon ABŞ dolları dəyərində 28,9 min ton alma ixrac edib.