Azərbaycanda yeni süni intellekt laboratoriyası qurulacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yeni süni intellekt laboratoriyası qurulacaq.
“AzInTelecom” MMC-dən BusinessTime.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda süni intellekt ekosisteminin inkişaf etdirilməsi məqsədilə AzInTelecom MMC tərəfindən müvafiq infrastrukturun qurulması üzərində işlər aparılır. Bu işlər çərçivədə infrastrukturun yaradılması məqsədilə avadanlıq və lisenziyaların alınması planlaşdırılır.
Məlumat üçün bildirək ki, dünyanın inkişaf etmiş əksər ölkələrində süni intellekt laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda uğurlu süni intellekt məhsulları yaratmaq, müxtəlif həllər təqdim etmək, biznes ehtiyacları üçün sürətli və effektiv həll yolları axtarmaq və s süni intellektə əsaslanan həllər görmək mümkündür.

