Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb. 

"Mərcanlı Futbol Klubu" adlanan bu yeni komanda artıq dövlət qeydiyyatından keçib.

Məlumata əsasən, klubun təşkilati-hüquqi forması MMC-dir və cəmi 20 manat nizamnamə kapitalı ilə yaradılıb. Rəsmi sənədlərə əsasən, "Mərcanlı Futbol Klubu" 2025-ci il fevralın 26-da qeydiyyata alınıb. Yeni klubun qanuni təmsilçisi isə Mehdixanov Müşviq Əlica oğludur.

Maraqlıdır ki, bu klubun yaranması Azərbaycanın futbol tarixində xüsusi yer tutan bir bölgəni – Cəbrayılı yada salır. İşğaldan azad olunmuş Cəbrayıl rayonunun peşəkar futbol yarışlarında yeganə təmsilçisi vaxtilə "Mərcanlı" komandası olub. Bu komanda 1992-ci ildə Birinci Dəstədə çıxış edib. Lakin həmin ildən sonra Azərbaycanın heç bir futbol liqasında Cəbrayılı təmsil edən klub olmayıb.

@Valyuta.az