Azərbaycanda eyni adama məxsus üç şirkət bağlandı

Azərbaycanda eyni adama məxsus üç şirkət bağlandı

Azərbaycanda eyni adama məxsus üç şirkət bağlanıb.

Bunlar "Doprat 2019", "Reval Servis" və "Akunat-M" şirkətləridir.

Sözügedən şirkətlər ləğv olunduğunu elan edir. 

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini şirkətlərin paytaxtın Nizami rayonununun Əli Vəliyev küçəsi, ev 9A, mənzil 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkətlərin hər biri 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onların qanuni təmsilçisi isə Məmmədrəsulov Nurlan fazil oğludur.