Azərbaycana qripə qarşı yeni peyvənd gətiriləcək
Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzi qripə qarşı yeni peyvənd alacaq.
Bu barədə İqtisadiyyat.az nazirlikdən məlumat əldə edib.
Məlumata əsasən, qurum qripə qarşı 4 valentli, 1 dozalıq şprisdə 50.000 ədəd peyvənd sifariş edir.
Peyvəndlərin idxalına 1,1 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.


