Azərbaycana avtomobil idxalı azalsa da, xərcləri çoxalıb - STATİSTİKA

Azərbaycana avtomobil idxalı azalsa da, xərcləri çoxalıb

Ötən il Azərbaycana ümumilikdə 1,8 milyard dollar dəyərində 91 838 ədəd avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü illə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4 133 ədəd azdır.

Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə 2023-cü illə müqayisədə 9,7% çoxdur.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 1,6 milyard dollarlıq 95 971 ədəd avtomobil idxal olunub.