Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Azərbaycan vətəndaşları 2026-cı ilin may ayında Türkiyədə 66 ev alıblar.
BusinessTime Türkiyənin rəsmi statistikasına istinadən xəbər verir ki, 2026-cı ilin may ayında ölkə vətəndaşlığı üzrə xaricilərə edilən satışlarda Azərbaycan vətəndaşlarının adına 66 ev satışı qeydə alınıb.
Hesabata əsasən, may ayında Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə iş yeri (obyekt) alışı qeydə alınmayıb.
Azərbaycan vətəndaşları Türkiyədə Yanvarda 54, Fevralda 60, Martda 60, Apreldə 76 ev alıblar. Cari ilin ilk 5 ayında Azərbaycan vətəndaşları Türkiyədə cəmi 316 evə sahib olublar. (Marja.az )


