Azərbaycan-İtaliya arasında Protokol imzalanıb

Azərbaycan-İtaliya arasında Protokol imzalanıb

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb.

Protokolu Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar.