Azərbaycan hər zaman Türkiyənin yanındadır

Azərbaycan hər zaman Türkiyənin yanındadır

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.


XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır”.