Azərbaycan bankına hücum edildi Bank oğurlanan pul müştəridən tələb edir - VİDEO
Azərbaycanın kommersiya banklarından birinə edilən kiberhücum nəticəsində külli miqdarda vəsait oğurlanıb.
BusinessTime xəbər verir ki, bank isə həmin pulu müştərisindən tələb edir.
“Baku TV”yə müraciət edən Rəvan Novruzov deyir ki, Azərbaycandakı banklardan birinə aid olan kart debet funksiyalıdır və bu hadisə olan zaman hesabında vəsait yox imiş. Lakin bir müddətdən sonra bankdan ona zəng edilərək bildirilib ki, kart hesabına ABŞ-dən müdaxilə olub və 267 manat “overdraft” borcu var. Ondan bu məbləğin ödənilməsi tələb edilir. Rəvan Novruzovun sözlərinə görə, artıq bu vəsait onun iştirakı olmadan kredit kimi rəsmiləşdirilib və onun üzərinə faiz hesablanır. Bəs debet funksiyalı kart üzrə borc yarana bilər? Bankın bu vəsaiti kredit kimi rəsmiləşdirməsi qanunidir?

