Azərbaycanda sahibkarlıq fəaliyyətinə icazələrin siyahısı genişləndirilib

Azərbaycanda sahibkarlıq fəaliyyətinə icazələrin siyahısı genişləndirilib

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

BusinessTime xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda sənaye məhəllələrinin və aqroparkların rezidentlərinə verilən qeydiyyat şəhadətnamələri sahibkarlıq fəaliyyətinə icazələrin siyahısına daxil edilib.