Arzu Qocayev vəzifəsindən ayrılıb

Arzu Qocayev vəzifəsindən ayrılıb

Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, Arzu Qocayev Rövşən oğludur.

Qocayev Arzu Rövşən oğlu 1991-ci ildə Göygöl şəhərində anadan olub. Göygöl şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə magistr təhsili alıb. 2013-2016-cı illərdə Unibank-da müxtəlif vəzifələrdə çalışıb. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət” mərkəzində baş məsləhətçi, 2018-2022-ci illərdə Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, 2022-ci ilin fevral ayından etibarən isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışıb.

2022-ci ilin sonunda Arzu Qocayev Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.