Arzu Bağırova TÜMER nümayəndə heyəti ilə görüşüb

Arzu Bağırova TÜMER nümayəndə heyəti ilə görüşüb

Regional Maarifləndirmə İctimai Birliyində Türkiyənin Türk Strateji Düşüncə Mərkəzinin (TÜMER) nümayəndə heyəti ilə görüş baş tutub.

Görüşdə TÜMER-in sədri Onur Beyhan, idarə heyətinin üzvü Görkem Sırmalı və qurumun xarici əlaqələr koordinatoru Oktay Hacımusalı iştirak ediblər. Qonaqları Birliyin sədri Arzu Bağırova qəbul edib.

Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, maarifləndirmə sahəsində birgə layihələrin həyata keçirilməsi, həmçinin regional və beynəlxalq səviyyədə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində niyyətlərini ifadə ediblər. Görüş səmimi və konstruktiv mühitdə keçib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.