ARPA yeni əməkdaşlığa imza atıb

ARPA yeni əməkdaşlığa imza atıb

“ARPA” ilə “Resurs Effektivliyi Mərkəzi” birgə əməkdaşlığa imza atdı. 

“Resurs effektivliyi Mərkəzi” MMC-nin əsas fəaliyyəti layihələrin təşkili və idarə olunması olmuşdur. Həmçinin, artıq uzun müddətdir ki, fəaliyyət sahələrini daha da genişləndirərək maliyyə və mühasibatlıq, audit, hüquq, HR və digər xidmətlər də göstərirlər.

“ARPA” ölkədə maliyyə və idarəetmə sahəsində inkişafa nail olmaq məqsədilə 19 mart 2009-cu ildə Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmişdir.

Mühasibat uçotu sahəsində uğurlu fəaliyyətin nəticəsi olaraq, “ARPA” Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 21 oktyabr 2019-cu il q-02 saylı qərarına əsasən, “Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçmişdir.