ARPA-da “Risk Profesionalı” təlimləri başladı!
16 sentyabr tarixindən Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşkil etdiyi “Risk Profesionalı” layihəsinin təlim mərhələsinə start verildi.
Proqramda bank və sığorta sektorunda fəaliyyət göstərən mütəxəssislər iştirak edir. Onlar 6 moduldan ibarət təlimlər çərçivəsində risk idarəçiliyi üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Artıq ilk məşğələ uğurla keçirilib. Təlim iştirakçıları “Riskin əsas kateqoriyaları və GARP yanaşması” mövzusu ilə tanış olaraq sahə üzrə praktiki biliklər qazanmağa başlayıblar.

