Araz Vadisinin rezidentinə yeni rəhbər təyin edildi
Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında yerləşən rezident müəssisə “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-də yeni direktor təyin edilib.
Cavanşir Eldar oğlu Bayramov şirkətin baş icraçı direktoru təyin edilib.
O bu vəzifədə Ruslan Nizami oğlu Ələkbərovu əvəzləyib.
Cavanşir Eldar oğlu Bayramov daha əvvəl Marriott International-da Bakıdakı “The Ritz-Carlton” və “JW Marriott Absheron” otellərinin marketinqinə rəhbərlik edib, Azərbaycan Turizm Bürosunda isə baş direktor müavini və kommunikasiya rəhbəri kimi ölkənin beynəlxalq marketinqi və brend strategiyasının idarə olunmasında iştirak edib. Bundan əvvəl Dövlət Turizm Agentliyində beynəlxalq əlaqələr üzrə aparıcı məsləhətçi, Rusiyada “Food City” şirkətində isə beynəlxalq əməkdaşlıq meneceri kimi fəaliyyət göstərib.
“İmprotex Qarabağ Sənaye Kompleksi” 2022-ci ildə təsis edilib, nizamnamə kapitalı 1 000 manatdır. “İmprotex Qarabağ Sənaye Kompleksi” tərəfindən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, “İmprotex” şirkətlər qrupu Füzuli Həsən oğlu Ələkbərova məxsusdur. (banker.az)


