“Aqrarkredit” balansındakı avtomobili satışa çıxarır - QİYMƏT
13 noyabr tarixində “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (BOKT) məxsus avtomobilin satışı üzrə hərrac keçiriləcək.
Valyuta.az xəbər verir ki, hərracda 2011-ci il istehsalı olan “Toyota Land-Cruiser” markalı nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Avtomobilin start qiyməti 43 min 200 manat, beh məbləği isə 4 min 320 manat müəyyən olunub.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər sənədlərini Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına, hərracın başlanmasına ən geci üç bank günü qalmış təqdim etməlidirlər.
İştirakçılar sənədlərlə yanaşı, “Aqrarkredit” QSC BOKT-un hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surətini də təqdim etməlidirlər.

