AQC DİM imtahanlarına hazırlıq kurslarına başlayır – QEYDİYYAT QAYDALARI

AQC DİM imtahanlarına hazırlıq kurslarına başlayır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək növbəti ixtisas imtahanlarına hazırlaşan namizədlər üçün II hazırlıq kursunu elan edir.

1 may 2026-cı il tarixindən etibarən fəaliyyətə başlayacaq kurslar, qiymətləndirmə sahəsində nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi, eləcə də imtahan prosesinə tam hazır olmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Tədris Proqramı haqqında:

  • Mühazirəçilər: Dərslər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) peşəkar müəllim heyəti tərəfindən aparılacaq.
  • Müddət: Kurs 10 dərsi əhatə edir.
  • Məkan: Təlimlər AQC-nin Bakı şəhərindəki mərkəzi ofisində keçiriləcək.
  • Sertifikat: Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara rəsmi “İmtahana hazırlıq sertifikatı” təqdim olunacaq.

Tələb olunan sənədlər:

Kursda iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri skan edilmiş formada [email protected] elektron ünvanına göndərməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  2. Ali təhsil haqqında diplomun surəti.

İştirak haqqı və Ödəniş:

  • AQC üzvü olan şirkətlərin nümayəndələri üçün: 300 AZN
  • Digər iştirakçılar üçün: 500 AZN
  • Ödəniş qaydası: Ödənişlər müqavilə əsasında, yalnız köçürmə yolu ilə həyata keçirilir.

Əlaqə və Ünvan:

Suallarınız və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küç. 11/31, “B” girişi, 10-cu mərtəbə, 2 saylı ofis.
  • Şəhər telefonu: (+994) 12 488 05 56
  • Mobil: (+994) 51 327 53 23
  • E-mail: [email protected]
  • Veb-sayt: www.aqc.az

Bütün namizədlərə uğurlar arzulayırıq!

AQC “Tədris, təlim və sertifikatlaşdırma” departamenti