Anlaşma Memorandumu imzalandı

Anlaşma Memorandumu imzalandı

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Sazişin imzalanması sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans çərçivəsində baş tutub.

Sazişi Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ilə Hindistanın İmtiyazlı Mühasiblər İnstitutunun nümayəndəsi Puruşhottam Xandelval imzalayıblar.

BusinessTime