AMB I rübdə yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb

AMB I rübdə yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb

Bu ilin I rübündə yerli banklar Azərbaycan Mərkəzi Bankının (AMB) həm sterilizasiya yönümlü, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətindən istifadə edib.

Bu barədə AMB-nin rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, yanvar-mart aylarında banklar iş günlərinin 100%-də 1 gecəlik depozit daimi imkan alətinə, 8%-də isə 1 gecəlik əks-repo

alətinə müraciət edib. Daimi imkan alətlərinə tələb bank sektorunun likvidlik mövqeyindəki dəyişikliklərdən təsirlənib.

Belə ki, 3 ay ərzində orta məbləği 263 milyon manat olan 53 gecəlik depozit və orta məbləği 275 milyon manat təşkil edən 4 gecəlik

əks-repo əməliyyatı həyata keçirilib.