AMB daha bir sığorta şirkətinə müddətsiz lisenziya verdi
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən müddətsiz lisenziya verilib.
Bu barədə Mərkəzi Bankdan məlumat verilib
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 57.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli müddətsiz lisenziya verilmişdir.
BusinessTime

