Agentlik 108 adda 1768 sayda avadanlıq alıb

Agentlik 108 adda 1768 sayda avadanlıq alıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb.

Bu barədə BusinessTime.az-ın sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib.

Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.

Ginekoloji müayinələrin aparılması üçün 10 ədəd sadə və motorlu masa, 10 ədəd kolposkop, 20 ədəd müayinə lampası və 20 ədəd portativ lampa alınıb. Həmçinin uşaqların həzm sisteminin endoskopik müayinəsi üçün 1 dəst pediatrik qastroskopiya cihazı alınıb.

Orxan Kərimov