AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
AFB Bank fəaliyyətinin genişləndirilməsi və inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində komandasını böyütməyə davam edir. Bank mikro və aqro kreditləşmə istiqamətində fəaliyyətini gücləndirmək məqsədilə Bakı, Gəncə, Qəbələ və Sumqayıt şəhərlərində yeni əməkdaşlar üçün vakansiyalar elan edib.
Yeni vakansiyaların açılması AFB Bank-ın Transformasiya Strategiyası çərçivəsində həyata keçirdiyi inkişaf prosesinin növbəti mərhələlərindən biridir. Bank strategiyası çərçivəsində xidmət şəbəkəsinin və müştəri bazasının genişləndirilməsi, biznes və pərakəndə istiqamətlər üzrə məhsul və xidmətlərin inkişaf etdirilməsi, eləcə də müştərilərə daha yaxın və çevik bankçılıq təcrübəsinin formalaşdırılması üzərində çalışır.
Hazırda bank Mikro kreditlər üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri üzrə yeni əməkdaşlar axtarır. Vakansiya, tələblər və müraciət qaydası haqqında ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz:
https://careers.afb.az/
Uyğun namizədlər CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


