ADA Universiteti sığortaçı seçir
ADA Universiteti avtomobillərinin könüllü (KASKO) sığortası üçün kotirovka sorğusu elan edib.
Sorğuda tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini sentyabrın 9-u, saat 17:25-ə qədər universitetin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 61 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

