ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Rosneft" və "Lukoyl" neft şirkətlərini hədəf alan əlavə sanksiyalar elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun saytından məlumat yayılıb.
"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi şəkildə sadiq olmadığına görə əlavə sanksiyalar tətbiq edir", - deyə nazirliyin məlumatında bildirilir.
Siyahıda "LUKOIL"in altı, "Rosneft"in isə təxminən 30 törəmə şirkəti yer alıb.

