ABB Ağdam Sənaye Parkında
Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq yaradılan Ağdam Sənaye Parkında Azərbaycan Beynəlxalq Bankının (ABB) səyyar ATM xidməti fəaliyyətə başlayıb.
Bu barədə BusinessTime-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bundan başqa, Ağdam Sənaye Parkının girişindən başlayaraq sosial zona da daxil olmaqla, asfalt yolun çəkilməsi və xətlənməsi işləri yekunlaşdırılıb.

