Azərbaycan neftinin qiyməti 86 dolları ötüb
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 86,26 ABŞ dolları təşkil edib.
Businesstime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,72 ABŞ dolları yaxud 0,84 % irəliləmə deməkdir.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.
Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 barelin dəyəri 82,69 ABŞ dollarına satılıb.
Yazar

