Avropa İttifaqı qlobal sosial şəbəkələrə 4 ay vaxt verdi

Avropa İttifaqı qlobal sosial şəbəkələrə 4 ay vaxt verdi

Avropa İttifaqı (Aİ) dünyanın ən böyük 19 sosial media platformasına qanundan irəli gələn bütün yeni öhdəliklərə əməl etmək tapşırığı verib.

BusinessTime xarici mediaya istinadən xəbər verir ki, bu platformalar asında "Google", "Facebook", "YouTube" və "Twitter" də var.

Məlumatda deyilir ki, 4 ay ərzində tələblərə əməl edilməzsə adıçəkilən şirkətlər qlobal gəlirlərinin 6%-i civarında cərimə oluna bilər.

Aİ Komissiyası daha sərt qaydalara tabe olacaq Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformaların və axtarış sistemlərinin siyahısını müəyyən etdiyini açıqlayıb.

Açıqlamada "Alibaba", "Amazon", "Apple AppStore", "Booking.com", "Facebook", "Google Play", "Google Maps", "Google Shopping", "Instagram", "LinkedIn", "Pinterest", "Snapchat", "TikTok", "Twitter", "Wikipedia", "YouTube" və "Zalando"nun nəhəng onlayn platforma, "Bing" və "Google"un həm də çox böyük axtarış sistemi olduğu kimi təsnif edilir.

Onların qlobal dövriyyəsinin 6%-nə qədər cərimələr tətbiq edilə bilər
Açıqlamada, müəyyən edilmiş 19 platformanın 4 ay ərzində qanun çərçivəsində bütün yeni öhdəliklərə əməl etməli olacağına diqqət çəkilib.

Qeyd edək ki, Aİ-nin yeni qaydalarında istifadəçilərin fərdi və kommersiya məlumatlarının qorunması ilə bağlı tələblər daha da sərtləşdirlib.

Yazar