10 təqdimat, 5 panel müzakirəsi olacaq

10 təqdimat, 5 panel müzakirəsi olacaq

Azərbaycada ilk dəfə keçirilən “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbiri çərçivəsində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik həlləri sərgisi təşkil olunacaq. İnformasiya texnologiyaları və təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər özünəməxsus kibertəhlükəsizlik həllərini təqdim edəcək.

Bu barədə “CIDC-2023 tədbirinə həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Səidə Əhmədova bildirib.

S.Əhmədova qeyd edib ki, sərgidə “R.I.S.K. Company”, “Cyberpoint”, “paloalto”, “PROSOL”, “Azerconnect”, “A2Z technologies”, “FORTINET”, “AZINTELECOM”, “HUAWEI”, “CYBER ON”, “SECURE FUTURE”, “MOTOROLA SOLUİTONS”, “GESCO ASC”, “NSC network security center”, “infosec”, “beam”, “B&B Security Alliance”, “BRANDDEFENCE”, “MONT”, “Qarabuq”, “Azərbaycan Karmasis”, “İnnovation and Digital Development Agency”, “FORESTALL”, “ESET”, “bakotech”, “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”, “Forcepoint”, “Pıcus” kimi şirkətlər və mərkəzlər iştirak edəcək.

Sərgi zamanı xüsusi ekranlarda aralıq yarışlar və quizlər təqdim olunacaq. Quizlərin həlli nəticəsində iştirakçılar topladıqları xallara uyğun hədiyyə qazanmaq fürsəti əldə edəcəklər.

Azərbaycanda ilk kiberməktəbin “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun kibertəhlükəsizlik üzrə 6 ödənişsiz masterklas təşkil olunacaq.

Kiberdünyada qlobal çağırışlar, yeni kibertəhdid tendensiyalar, təhlükələr, risklər, real hadisələrin şərhi, rəhbər şəxslərin çıxışı və ekspert tövsiyələri ilə bağlı təqdimatları və panel müzakirələrini dinləmək fürsəti 2 gün davam edən İnfomasiya Təhlükəsizliyi Konfransında yaranacaq.

“CIDC-2023” tədbirində 2 gün ərzində yerli və xarici mütəxəssislər tərəfindən 10 təqdimat nümayiş olunacaq.

Kiberkonfrans çərçivəsində 2 gün ərzində 5 panel müzakirəsi keçiriləcək.