Ötən gün Çinin Şanxay şəgərində Şanxay Beynəlxalq Avtomobil Sənayesi Sərgisi (Auto Shanghai 2023) başlayıb.
BusinessTime xarici mediaya istinadən xəbər verir ki, sərgi aprelin 27-dək dabam edəcək.
Təşkilatçıların sözlərinə görə, ümumi sahəsi 360 min kvadrat kilometr olan avtosərginin əsas mövzusu “Avtomobil sənayesində yeni eraya daxil olmaq”dır.
Sərgidə həm Çin istehsalçılarının, o cümlədən “Geely”, “Chery”, “FAW” və “Honggi”nin və “BMW”, “Porsche”, “Mercedes-Benz” və “Volkswagen” də daxil olmaqla Qərb brendlərinin 1500-ə yaxın avtomobil modeli təqdim olunur. Bəzi Çin şirkətləri artıq bəzi yeni məhsullarını Rusiya, Mərkəzi Asiya və Qafqaz bazarına təqdim etməyi planlaşdırır.
yazar










